Dünya

Almanya Ukraynaya dron istehsalı üçün maliyyə ayırdı

29 may / 09:30 1 dəq
Almanya ukrayna
29 may / 09:30
Burada sizin reklamınız ola bilər

Almaniya Ukrayna üçün uzaq mənzilli dronların istehsalını maliyyələşdirmək niyyətindədir.

Qerbxeber.com  APA.az-a istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətindəki mənbələrə istinadən “Die Welt” qəzeti məlumat verib.

Xəbərə görə, mayın 28-də Volodimir Zelenskinin Berlinə səfəri zamanı müzakirə olunan məsələlərdən biri də Almaniyanın Ukraynaya yeni yardım paketinin bir hissəsi olaraq Ukraynanın uzaqmənzilli dronlarının maliyyələşdirilməsi məsələsidir.

Qəzet onu da qeyd edib ki, mayın əvvəlində Ukrayna artıq Almaniya Müdafiə Nazirliyinə BARS və AN-196 adlanan zərbə dronları, həmçinin Flamingo PUA-larını maliyyələşdirmək xahişi ilə müraciət edib.

Məlumatda bunun Almaniya tərəfindən təsdiqləndiyi iddia edilir və layihənin ümumi dəyərinin təxminən 400 milyon avro olduğu bildirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər