Tikinti materiallarının istehsalı artıb – Cədvəl
Bu ilin yanvar-may aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 302,8 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 29,3% artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 2,1 dəfə, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 86,9%, tikinti gipsinin istehsalı 43,1%, hörmə üçün hazır beton qarışığının istehsalı 42,3%, tikinti əhənginin istehsalı 36,1%, sementin istehsalı 11,4%, tikinti kərpicinin istehsalı 7,6% artıb, asfaltın istehsalı isə 78,5% azalıb.
Tikinti materiallarının istehsalı sahәsindә әsas mәhsul növlәrinin buraxılışı:
| Mәhsul növlәri | 2021-ci ilin yanvar-may aylarında istehsal edilib | Әvvәlki ilə nisbәtәn, faizlә |
| Sement, min ton | 1 393,5 | 111,4 |
| Tikinti gipsi, min ton | 9,3 | 143,1 |
| ondan әmtәәlik | 9,3 | 143,1 |
| Tikinti әhәngi, min ton | 14,7 | 136,1 |
| Sementdәn, süni daşdan vә ya betondan tikinti blokları vә kәrpiclәri, min ton | 28,4 | 2,1 d. |
| Betondan yığma tikinti konstruksiyaları, min kub metr | 12,5 | 74,4 |
| Asfalt, min ton | 12,6 | 21,5 |
| Tikinti kәrpici, min kubmetr | 205,6 | 107,6 |
| Hörmә üçün hazır beton qarışığı, min ton | 972,7 | 142,3 |
| Emal edilmiş mәrmәr, travertin, alebastr vә onlardan mәmulatlar, ton | 14 121,7 | 186,9 |





