Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Qazaxda “İsrafil Ağa” hamamı sökülür, yoxsa…?

1 mart / 11:43 2 dəq
274325158 675593713627464 6641769756576333601 n
1 mart / 11:43
Burada sizin reklamınız ola bilər

Sosial şəbəkələrdə Qazaxın tarixi-memarlıq abidələrindən biri sayılan “İsrafil Ağa” hamamının süküldüyü iddia olunur. Bir tərəf söküldüyünü, digər tərəf abidənin tarixi mahiyyətinin geri qaytarılması üçün təmir olunduğunu deyir.

“Göyəzən.az”-ın yazdığına görə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2022-ci il tarixli 123s nömrəli Sərəncamına əsasən, Qazax Rayon İcra Hakimiyyəti Qazax şəhər Kommunal Müəssisələri Kombinatının balansında olan, Qazax şəhəri, Şəhidlər Xiyabanı küçəsində 500.0 kv.m torpaq sahəsində yerləşən, ümumi sahəsi 417.0 kv.m təşkil edən yerli əhəmiyyətli memarlıq abidəsi olan 1 №-li hamam binası (“İsrafil Ağanın hamamı”) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansına verilib.

Qazaxda yerli əhəmiyyətli memarlıq abidəsi olan İsrafil Ağa hamamının tarixi bina kimi qorunması məqsədilə Mədəniyyət Nazirliyinin balansına verilməsi tarixi keçmişimizə, milli mədəniyyət abidələrinə verilən qiymətin bariz nümunəsidir. Bu addım tarixi keçmişimizi özündə əks etdirən bu memarlıq incisinin, tarixi abidənin gələcək nəsillərə çatdırılmasını təmin edəcək”.

Bu da deməyə əsas verir ki, ikinci tərəf haqlıdır: “İsrafil Ağa” hamamı tarixi mahiyyətinin geri qaytarılması üçün təmir olunur. İddialara görə hamamın ətrafında müxtəlif ictimai-iaşə obyektləri fəaliyyət göstərir, onların abidənin tarixiliyinə xələl gətirməməsi üçün tədbirlər görülür.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı