Dünya

Rostov vilayəti 55 pilotsuz təyyarənin hücumuna məruz qalıb

3 avqust / 09:50 1 dəq
66adb3ec0d9b666adb3ec0d9b7172265982066adb3ec0d9b466adb3ec0d9b5
3 avqust / 09:50
Burada sizin reklamınız ola bilər

Rusiyanın Rostov vilayəti gecə saatlarında Ukraynaya məxsus 55 pilotsuz təyyarənin hücumuna məruz qalıb.

Qerbxeber.com xəbər verir ki, vilayətin qubernatoru Vasili Qolubev hücumlar nəticəsində insan tələfatının və xəsarət alanların olmadığını bildirib.

“Dünən gecə Rostov vilayətinin ərazisi Ukraynaya məxsus 55 PUA-nın hücumuna məruz qalıb”, – deyə o, Telegram kanalında yazıb.

Qubernator həmçinin bildirib ki, pilotsuz uçan aparatların düşdüyü yerlərdə dağıntıların aradan qaldırılmasına fövqəladə hallara müdaxilə xidmətləri cəlb olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər