Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 23-də İsveçin NATO üzvlüyü üçün protokolunu ratifikasiya edən qanun layihəsini ölkə parlamentinə təqdim edib.
Ərdoğan alyansın hələ ötən iyulda keçirilən sammitində müttəfiqlərə İsveçin üzvlük protokolunu ratifikasiya edəcəyini vəd etmişdi.
O demişdi ki, bu hadisə oktyabrın 1-də parlament işə başlayanda baş verəcək.
Ərdoğan bundan əvvəl İsveçin NATO üzvlüyünə etiraz etmiş və bildirmişdi ki, bu ölkə Türkiyənin terrorçu hesab etdiyi fərd və təşkilatları himayə edir. Bu, barədə Azadlıq Radiosu instagam hesabında paylaşım edib.