Hadisə

Türkiyədə İŞİD üzvü olduğu ehtimal edilən 100 nəfər saxlanılıb

28 yanvar / 10:22 1 dəq
8b49d820 8910 3529 bbb5 15dba3a460b7
28 yanvar / 10:22
Burada sizin reklamınız ola bilər

Türkiyədə xüsusi əməliyyat zamanı İŞİD terror təşkilatının üzvü olmaqda şübhəli bilinən təxminən 100 nəfər saxlanılıb.

Qerbxeber.com xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazirin sözlərinə görə, əməliyyat bir həftə ərzində İstanbul və Ankara da daxil olmaqla ölkənin 24 vilayətində keçirilib.

Saxlanılanlar İŞİD sıralarında döyüş əməliyyatlarında iştirakda, qruplaşmanın maliyyələşdirilməsində, həmçinin sosial şəbəkələr vasitəsilə terrorun təbliğində şübhəli bilinirlər. Əməliyyat zamanı çoxsaylı sənədlər və rəqəmsal materiallar da müsadirə edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər