Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Elm və Texnologiya

Bu fənnlər məktəblərdə tədris olunacaq-Nazir açıqladı

7 yanvar / 21:26 2 dəq
Emin əmurullayev
7 yanvar / 21:26
Burada sizin reklamınız ola bilər

Biz anlamalıyıq ki, köhnəlmiş təhsildən gələcəyə hazırlamaq mümkün deyil.

 Qerbxeber.com  xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev İTV-yə müsahibəsində deyib.

Texnologiyanın tədrisə inteqrasiyasının önəmindən danışan nazir vurğulayıb ki, rəqəmsal bacarıqlar layihəsinin ilk məzunları 2024-cü ildə olacaq:

“Biz hələ uşaqları əmək bazarında görmürük. Amma növbəti 10-15 ildən sonra mütləq ki, görəcəyik. Bir ölkənin 410 min uşağı proqramlaşdırma ilə məşğul olursa, inanıram ki, bunun müsbət təsirləri olacaq. Yəni indikindən daha yaxşı əmək bazarına sahib olacağıq. Biz texnologiyanın həyatımızı nə qədər dəyişdiyini anlamalıyıq. Ona görə də STEAM təhsili, eləcə də rəqəmsal bacarıqlar hələlik layihə formasında bizim məktəblərdə tətbiq olunur”.

Nazir vurğulayıb ki, rəqəmsal bacarıqlar layihəsi 410 min, STEAM isə 100 min uşağı əhatə edir. O, layihələrin 400 məktəbdə, eləcə də rayonlarda yaradılan regional mərkəzlər vasitəsilə icra edildiyini diqqətə çatdırıb.

Emin Əmrullayev bildirib ki, hazırda bu layihələrin daha çox şagirdi əhatə etməsini hədəflədiklərini qeyd edib. O vurğulayıb ki, həm rəqəmsal bacarıqlar, həm də STEAM layihələrinin müəyyən elementləri milli kurikuluma salınacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı