Hadisə

DTX-dən əməliyyat: Çox sayda saxlanılanlar var

12 may / 10:11 1 dəq
Dtx
12 may / 10:11
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) terrorçuluqla bağlı axtarışda olan şəxslər barəsində Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçildiyi məlum olub.

Qerbxeber.com-un əldə etdiyi məlumata görə, qeyd olunan şəxslər DTX tərəfindən terrorçuluğa qarşı həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ardıcıl şəkildə xarici ölkələrin ərazisində ələ keçirilərək Azərbaycana gətiriliblər.

Saxlanılan terrorçuların sayının çox olduğu bildirilir.

DTX-nin Mətbuat xidmətindən isə Qerbxeber.com-un sorğusuna cavab olaraq bildirilib ki, hazırda aidiyyəti məsələ ilə əlaqədar əməliyyat-istintaq tədbirləri davam etdirildiyindən yaxın vaxtlarda ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcəkdir.

Mövzunu diqqətdə saxlayırıq.

Paylaş
Burada sizin reklamınız ola bilər