Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Laçın şəhərinin və kəndlərinin tikinti-quruculuq işlərinə dair son vəziyyət açıqlanıb

31 mart / 15:25 2 dəq
6426bfb4bcce66426bfb4bcce716802610448a3497e7db58a6b72d8917d76bca7661
31 mart / 15:25
Burada sizin reklamınız ola bilər

Laçın şəhərinin ərazisində yeraltı kommunikasiya xətlərinin çəkilişi bitib.

“Qərb Xəbər” bildirir ki, bunu APA-nın Laçına ezam olunan xüsusi müxbirinə açıqlamasında Bakı Abadlıq Xidmətinin memarı Elnur Abdullayev deyib.

O bildirib ki, bərpası mümkün olan evlərin tikintisi tamamlanır, dam örtüklərinin vurulması yekunlaşır: “Eyni zamanda, fasad, dekor və interyer işləri paralel olaraq davam etdirilir”.

Memarın sözlərinə görə, Laçın şəhərinin içməli su ilə təchiz olunması üçün 9 su anbarı, yağış sularının toplanması üçün 3 anbar və təmizləyici qurğunun tikintisi davam etdirilir.

Elnur Abdullayev Laçında sakinlərin iş yerləri ilə təmin olunması üçün müəyyən müəssisələrin – idman sağlamlıq kompleksləri, uşaq bağçaları və digər bu kimi inzibati binaların tikintisinin davam etdirildiyini qeyd edib.

O bildirib ki, həmçinin Zabux və Sus kəndlərində də tikinti-quruculuq işləri aparılır.

Memar diqqətə çatdırıb ki, kəndlərdən birində 224 ev, digərində isə 73 ev nəzərdə tutulub, amma bu rəqəmlər dəyişə bilər. O əlavə edib ki, evlər müasir standartlara cavab verir.

Elnur Abdullayev işğal zamanı Laçın şəhərinin yaşıllıq zonasının ekoloji terrora məruz qaldığı deyib. O bildirib ki, buna baxmayaraq, yaşıllıq zonalarının salınması, ağacların əkilməsi, parkların salınması istiqamətində də işlər görülməkdədir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı