Dünya

Rusiyanın Kaluqa vilayətinə PUA-larla hücum olub

3 avqust / 10:24 1 dəq
7b11602a cde2 3583 806d 2f4c53b1782d
3 avqust / 10:24
Burada sizin reklamınız ola bilər

Rusiyanın Kaluqa vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.

“Qərb Xəbər” TASS-a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatorluğundan bildirilib.

Məlumata görə, 6 PUA zərərsizləşdirilib. Hadisə nəticəsində tələfat və dağıntının qeydə alınmadığı bildirilib.

Rusiya Müdafiə Nazirliyi hücumun Ukrayna tərəfindən həyata keçirildiyini təsdiqləyib.

Xatırladaq ki, son vaxtlar Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə PUA-larla zərbələr endirir.

Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak isə daha əvvəl savaşın sürətlə Rusiya ərazisinə keçəcəyini söyləyib.

Paylaş
Burada sizin reklamınız ola bilər