Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Aİ: “Rusiya ucuz qiymətə taxıl satmaqla kasıb ölkələri özündən asılı vəziyyətə salmaq istəyir”

3 avqust / 10:43 2 dəq
Taxıl
3 avqust / 10:43
Burada sizin reklamınız ola bilər

“Rusiya ucuz qiymətə taxıl satmaqla kasıb ölkələri özündən asılı vəziyyətə salmaq istəyir”.

“Qərb Xəbər” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel inkişaf etməkdə olan ölkələrə və G7 ölkələrinə göndərdiyi məktubda bildirib.

O, həmin ölkələri “Taxıl sazişi” ilə bağlı konkret mövqe ortaya qoymağa çağırıb. J.Borrelin sözlərinə görə, Rusiya aşağı qiymətlərlə taxıl tədarükü ilə bağlı ikitərəfli təkliflərlə həssas ölkələrə üz tutur, guya özünün yaratdığı problemi həll edir.

O qeyd edib ki, Aİ mövcud sanksiyaların üçüncü ölkələrin ərzaq təhlükəsizliyinə təsir göstərməməsi üçün əlindən gələni edir.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı keçirilən iclasında əksər ölkələr Rusiyanı “Taxıl sazişi”inin müddətini uzatmağa çağırıb. Sənədin müddəti iyulun 17-də başa çatıb və Moskva hələlik iştirakını yeniləmək niyyətində olmadığını açıqlayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Taxıl sazişi”nin uzadılması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə danışmaq niyyətində olduğunu bəyan edib. Ankara sazişin ən qısa zamanda bərpasını gözləyir.

Rəsmi Moskvanın bu ay dördtərəfli (Ukrayna, Türkiyə, BMT və Rusiya) “Taxıl sazişi”ndən çıxması Odessa ətrafında hərbi vəziyyəti gərginləşdirməklə yanaşı, qlobal humanitar böhran təhlükəsi yaradıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı