Şəmkirdə zəhərlənmə faktı qeydə alınıb.
“Qərb Xəbər” “APA”ya istinadən xəbər verir ki, hadisə rayonun Dələrcəyir kəndində qeydə alınıb.
1985-ci il təvəllüdlü Aynurə Cəfərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qadının vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə A.Cəfərova dərman içərək zəhərlənib. Onun hansı səbəbdən dərman içməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.