Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

Yurçeviç: “Hücumda oynamağa çalışacağıq”

24 mart / 18:38 2 dəq
4 (1) Nikola Yurçeviç
24 mart / 18:38
Burada sizin reklamınız ola bilər
Martın 25-də, saat 18:00-da “Bakcell Arena”da Litva ilə keçiriləcək beynəlxalq yoldaşlıq oyunu ərəfəsində Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı təşkil olunub:
Nikola Yurçeviç: “Xorvatiya ilə oyundan bir neçə gün keçdikdən sonra uşaqların performansını soyuqbaşla təhlil etmək olar. Zaqrebdən yaxşı nəticə ilə qayıtmağımız mümkün idi. Bizi bu sensasiyadan cəmi 10 dəqiqə ayırdı. Uşaqlar yaxşı futbol oynadılar. Sabahkı oyuna gəldikdə, rəsmi görüş olmasa da, qələbə qazanmaq üçün mübarizə aparacağıq. Yüksələn qrafik cızmaq istəyirik. Futbolçular oyuna yaxşı motivasiya olublar. Hamı meydana çıxmağa, oynamağa can atır. Bu görüşdə Xorvatiya ilə qarşılaşmada şans vermədiyim uşaqlara da özlərini göstərmək imkanı yaradacağıq. Bu dəyişiklik kiminsə oyunundan narazı qaldığımıza görə edilməyəcək. Sadəcə, digər futbolçulara da şans vermək istəyirik. Amma kimləri meydana buraxıb-buraxmayacağımızı bugünkü məşqdən sonra müəyyənləşdirəcəyik. Bakıya döndükdən sonra ağır məşqlər keçməmişik. Daha çox bərpa məşqləri etsək də, futbolçularla mütəmadi söhbətlər aparmışıq. Yenə deyirəm, hamı meydana çıxmağa, özünü ən yaxşı tərəfdən göstərməyə çalışır. Razıyam, Litva Xorvatiya deyil, amma hörmət ediləsi rəqibdir. Təbii ki, hücumda oynamağa çalışacağıq. Ancaq bu rəqibdən də asılıdır. Rəqib imkan verdiyi qədər oynamaq mümkündür. Onu da qeyd edim ki, bu cür oyunlar komandanı daha yaxından tanımaq baxımından çox vacibdir”.
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı