Türkiyədə zəlzələdə dağılmış binalarla bağlı 55 nəfər həbs olunub
Türkiyədə zəlzələ nəticəsində dağılmış binalarla bağlı 612 şübhəli barəsində araşdırma aparılıb.
Bu barədə Türkiyə ədliyyə naziri Bəkir Bozdağ bildirib.
Nazir, onlardan 184-nin saxlanıldığını, 55-nin isə artıq həbs edildiyini vurğulayıb.
Bəkir Bozağın sözlərinə görə, indiyədək zəlzələ nəticəsində dağılan 7 min 598 binadan nümunələr götürülərək onların ekspertizası aparılıb.
Nazir dağılan binalarda dağıntıların altında qalanların çıxarılması işini tamamlandığını deyib.
O bildirib ki, Diyarbəkirdə zəlzələdə ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində aparılan işlər tamamlanıb.



