Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Siyasətçi: “Avropa Birliyi üzbəüz görüşü dəstəkləyir”

16 iyul / 12:57 3 dəq
B592b7e9 a7a2 33ea 9f61 91761f5d418e
16 iyul / 12:57
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Gürcüstana səfəri başlayıb. Ceyhun Bayramov səfər çərçivəsində Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Xarici İşlər naziri İlia Darçiaşvili və Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanla görüşəcək.

Məsələ ilə bağlı “Qərb Xəbər” ə “ReAl” partiyasının icraçı katibi Natiq Cəfərli bildirib ki, Tbilisi görüşündə əsas müzakirə mövzusu sərhədlərin delimitasiyası və demarkasiyasısı olacaq: ” Üzbəüz görüşlərin baş tutması kifayət qədər pozitivdir. Hər zaman Rusiya vasitəsilə görüşlərin keçirilməsi Rusiyanın maraqlarını irəli sürməsi ilə müşahidə olunur. Bu görüşün Türkiyə və Ermənistan danışıqları ilə paralel olması da vacib məsələdir.  Bir digər məsələ isə kommunikasiyaların açılmasıdır. Türkiyə və Ermənistan arasında sərhədlərin artıq minalardan təmizlənməsi, yol xəttlərinin açılması, dəmiryol xəttlərinin təmiri prosesi başlayıb. Yəni, bütün bu məsələlər kompleks şəkildə müzakirə olunacaq. Sülh prosesinə mühüm tövhə verəcəyini gözləyirəm. Üzbəüz danışıqların aparılması hər bir halda prosesi sürətləndirən amildir”.

N. Cəfərli bu prossesin Avropa Birliyi tərəfindən dəstəkləndiyini də vurğulayıb: ” Yaxın günlərdə AB rəhbərliyinin Bakıya gəlməsi gözlənilir. Hətta, sülh danışıqları müsbət yekunlaşarsa, Avropadan maliyyə dəstəyinin gələcəyi də güman edilir. 4,6 milyard avroluq dəstək planlaşdırılır. Ümümiyyətlə, Avropa Birliyinin Cənubi Qafqaz ölkələrinə marağı həmişə olub. Hətta , Azərbaycana marağı daha böyükdür. Çünki, enerji məsələsində Azərbaycan daha öndədir”.

Siyasətçi əlavə edib ki, burada Rusiya amili də vacibdir: “Elə bir ümumi razılaşmalar olmalıdır ki, Rusiya tərəfindən də əngəllərlə qarşılanmasın. Burada əsas problem Rusiya tərəfindən hər hansı əngəllərin yaradılıb, yaradılmayacağı məsələsidir” .

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı