Gəncədə Cihazqayırma zavodunda yanğın olub.
“Qərb Xəbər”in məlumatına görə, zavodun ərazisində yanacaq çənində və yaxınlığında yerə tökülən yağ yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 6 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb, hadisə nəticəsində xəsarət alan olmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.