Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Uşaqlar arasında ən çox rast gəlinən xəstəliklər açıqlanıb

22 fevral / 17:23 2 dəq
1677069526 2023 02 22 15 11
22 fevral / 17:23
Burada sizin reklamınız ola bilər

Ötən il Bakı şəhəri üzrə uşaqların icbari dispanserizasiyası nəticəsində ən çox göz, həzm, tənəffüs və sümük-əzələ sistemi xəstəliklərinə rast gəlinib.
“Qərb Xəbər” bildirir ki, Bakı Baş Səhiyyə Mərkəzinin hazırladığı hesabata görə, 2022-ci il üzrə uşaqların icbari dispanserizasiyası nəticəsində aşkar olunmuş xəstəliklər arasında göz xəstəlikləri 25 % (əsasən yaxındangörmə), həzm sistemi 20% (əsasən stomatoloji), tənəffüs sistemi 13.5 % (əsasən lor), sümük-əzələ sistemi 12.3 % (əsasən qamətin pozulması) xəstəlikləri üstünlük təşkil edib.

Məlumat üçün bildirək ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tapşırığına uyğun olaraq, 2022-ci ilin fevral ayından etibarən təhsil müəssisələrində uşaqların icbari dispanserizasiyası prosesi gücləndirilib.
Bu məqsədlə uşaqlara ambulator tibbi xidmət göstərən uşaq poliklinikaları tərəfindən tərtib olunmuş müayinə planına uyğun olaraq, həkim briqadaları yenidən təşkil olunub və uşaqlar arasında aparılan müalicə-profilaktika tədbirləri sürətləndirilib.

Qeyd edək ki, ilkin tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, xəstəliklərin erkən aşkar edilməsi və müvafiq sağlamlaşdırma tədbirlərinin aparılması məqsədilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) rəhbərliyinin tapşırığına əsasən təhsil müəssisələri və o cümlədən valideynlər arasında sanitar-maarif işinin təşkili istiqamətində ciddi tədbirlər həyata keçirilib.

Bizim.Media.az

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı