Son Xəbərlər
Türkiyə XİN: Cənubi Qafqazda yaranan sülh düşmənçilik yaratmaq istəyənlərə ən layiqli cavabdır TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını pislədi “Brent”markalı neftin qiyməti 105 dolları keçdi Qızılın qiyməti ucuzlaşıb Rusiya Hörmüzdən keçəndə rüsum ödəməyəcək Tovuzda ailəsi tərəfindən baxımsız qalan üç azyaşlı uşaq evinə yerləşdirildi ABŞ və Azərbaycan TRIPP layihəsi üzrə texniki danışıqlara başlayıb Yeni müharibə anonsu verildi: Xamneyi sülaləsinin tam məhvi üçün hazırlıq görülür İran Parlamentinin sədri istefa verdi Artıq Cəki və İdman Təhlükəsi: nəyi etmək olar, nəyi olmaz…-Tanınmış nutrisoloq, peşəkar idmançı Elnur Nemətov yazır.. Türkiyə XİN: Cənubi Qafqazda yaranan sülh düşmənçilik yaratmaq istəyənlərə ən layiqli cavabdır TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını pislədi “Brent”markalı neftin qiyməti 105 dolları keçdi Qızılın qiyməti ucuzlaşıb Rusiya Hörmüzdən keçəndə rüsum ödəməyəcək Tovuzda ailəsi tərəfindən baxımsız qalan üç azyaşlı uşaq evinə yerləşdirildi ABŞ və Azərbaycan TRIPP layihəsi üzrə texniki danışıqlara başlayıb Yeni müharibə anonsu verildi: Xamneyi sülaləsinin tam məhvi üçün hazırlıq görülür İran Parlamentinin sədri istefa verdi Artıq Cəki və İdman Təhlükəsi: nəyi etmək olar, nəyi olmaz…-Tanınmış nutrisoloq, peşəkar idmançı Elnur Nemətov yazır..
Bölgə xəbərləri

Şəmkirdə narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıblar

22 fevral / 15:24 2 dəq
0dc11f84 f786 3581 9273 83648e17fd72 850 (1)
22 fevral / 15:24
Burada sizin reklamınız ola bilər

Şəmkirdə narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun “Qərb Xəbər”ə verdiyi məlumata görə, Şəmkir Rayon Polisi Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyini daha da səmərəli təşkil etmək və baş verə biləcək qəzaların qarşını almaq məqsədi ilə keçirilən monitorinqlər zamanı yol hərəkəti qaydalarını pozan bir neçə sürücü saxlanılaraq barələrində qanunamüvafiq tədbir görülüb.

Qayda pozanlar arasında 4 nəfər sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan onlar tibbi müayinədən keçirilib.

Müayinənin nəticəsinə əsasən, Etibar Cəfərov, Ruslan Muradov, Aqşin Əsgərzadə və Valeh Aslanovun narkotik vasitədən istifadə etmələri məlum olub. Həmin şəxslər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə E. Cəfərov 5 sutka müddətində inzibati qaydada həbs, R. Muradov 8 ay müddətinə sürücülük hüququndan məhrum, A.Əsgərzadə və V.Alsanov müxtəlif məbləğlərdə cərimə edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı