Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

BQXK qaçaqmalçılığı onların üstünə yıxdı

12 iyul / 10:31 2 dəq
Bqxk (1)
12 iyul / 10:31
Burada sizin reklamınız ola bilər

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Laçın sərhəd-keçid məntəqəsində Azərbaycan sərhədçiləri tərəfindən aşkarlanan qaçaqmalçılıq faktını qəbul edib. Komitənin rəsmi açıqlamasında iddia olunur:

– BQXK Laçın yoludan bəyan edilməmiş məhsulların keçirilməsindən xəbərdardır və bunu dəstəkləmir;
– Qanunsuz yük aparan 4 avtomobil komitə tərəfindən icarəyə götürülüb və üzərinə BQXK emblemi vurulub;
– 4 avtomobilin sürücüsü daşıdıqları yük haqda komitəyə məlumat verməyib;
– Həmin sürücülərlə müqavilələrə xitam verilib;

Açıqlamada BQXK-nın “humanitar missiyası”ndan ağızdolusu bəhs edilir. Lakin komitənin bu etirafı qaçaqmalçılıq faktı qarşısında qaldığı üçün etdiyi bəllidir. Çünki BQXK avtomobillərində qaçaqmalçılıq halı dəfələrlə olub və Azərbaycan tərəfi bununla bağlı komitəni məlumatlandırsa da, qaçaqmalçılıq fəaliyyəti davam edib. İndi sərhədçilərimiz avtomobillərə müdaxilə etdiyi və faktı aşkarladığı üçün BQXK məsuliyyəti üzərindən atmaq istəyir.

Aydındır ki, komitənin məqsədi fəaliyyəti üçün yenidən şəraitin yaradılmasıdır, hərçənd, rəsmi Bakı şərtlərində israr etməlidir: BQXK-nın Xankəndidəki nümayəndələri İrəvan yox, Bakı ofisinə tabe olmalıdır; Qarabağdakı erməni əhalisinin ehtiyacları BQXK-nın vasitəsilə Azərbaycan tərəfindən təmin edilməlidir;

Əks təqdirdə, BQXK qanunsuz əməllərini başqa formada həyata keçirməyə davam edəcək.

Asif Nərimanlı

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı