Rusiya XİN başçısı: “Zelenski ilə danışıqlardan söhbət gedə bilməz”
“Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlardan söhbət gedə bilməz”.
“Qərb Xəbər” xarici mətbuata istinadən xəbər verir ki, bunu xarici işlər naziri Sergey Lavrov Rusiya diplomatiyasının 2022-ci ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.
O vurğulayıb ki, Rusiya tərəfi ABŞ-ın istənilən ciddi təkliflərini nəzərdən keçirməyə və cavablandırmağa hazırdır.
Rusiya XİN başçısı Ukrayna ilə bağlı bütün qərarların Qərb tərəfindən verildiyini bildirib.




