Şəmkirin Könüllü kəndində ev yanıb
Şəmkirdə yanğın hadisəsi baş verib.
Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Könüllü kəndində qeydə alınıb. Kənd sakininə məxsus ümumi sahısi 240 kvadratmetr olan fərdi yaşayış evində anidən yanğın olub.
Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı