Dünya

Ümumdünya Səhiyyə Təşkilatının payız fəsli üçün tövsiyələri

14 iyul / 15:21 2 dəq
Ust
14 iyul / 15:21
Burada sizin reklamınız ola bilər

COVID-19 peyvəndinin ikinci “buster” dozası ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) payız fəsli üçün tövsiyələrini bölüşüb.

62c32108d2dc062c32108d2dc1165695514462c32108d2dbe62c32108d2dbf

ÜST-ün Azərbaycan Nümayəndəliyindən “Qərb Xəbər”ə verilən məlumata görə, COVID-19 vaksinasiyası ilə bağlı cari vəziyyət, ÜST-nin Avropa regionunda xəstəliyin mövcud və proqnozlaşdırılan epidemiologiyası və Omikron ştamına qarşı peyvəndin effektivliyinə dair sübutlara əsaslanaraq, İmmunlaşdırma üzrə Avropa Texniki Məsləhət Qrupu (ETAGE) üzv dövlətlərə yerli vaksinasiya strategiyasına uyğun olaraq müvafiq qrupların COVID-19 peyvəndinin ilkin 2 dozası və 1-ci “buster” dozasının qəbul edilməsi ilə bağlı səyləri gücləndirməyi tövsiyə edir. 

Bununla yanaşı, əlavə qorunmanı təmin etmək, ağır xəstələnmə, xəstəxanaya yerləşdirmə və COVID-19-dan ölüm riskini minimuma endirmək və səhiyyə xidmətlərinin davamlılığını maksimum dərəcədə artırmaq üçün ölkələr bu addımları atmalıdır:

  •         5 yaşdan yuxarı orta və ağır immunçatışmazlığı olan şəxslərə və onların yaxın təmaslarına ikinci “buster” dozanın tətbiq edilməsi;
  •         yaşlılar, tibb işçiləri və hamilə qadınlar da daxil olmaqla, xüsusi risk qruplarına ikinci “buster” dozanın tətbiq  edilməsi;
  •         mümkün olan hallarda COVID-19 və mövsümi qripə qarşı peyvəndlərin birgə tətbiqinin nəzərdən keçirilməsi

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyi COVID-19 vaksinasiyasına dair ən son tövsiyələri yerli səhiyyə tərəfdaşları ilə bölüşüb.

 

Vüqar Mehtizadə

Qərb Xəbər

Paylaş
Burada sizin reklamınız ola bilər