Köşə yazıları silsiləmiz davam edir.
“Qərb Xəbər” davamlı olaraq oxucularına ictimai fikir adamlarının, tanınmışların və digər elm dünyasının bir çox simalarının düşüncələrini sizə təqdim edir. Bu dəfə son günlərdə gündəm olan Rusiya-Ukrayna savaşı ilə bağlı Əli Quliyevin yazısı ilə sizi tanış edəcəyik:
“Gecə yarısı Kiyevdən dostlara salam olsun ! Dirənişin 23-cü günü ! Bütün cəbhə boyu sevindirici xəbərlərin ardı- arası kəsilmir ! Qaniçən qatil, qanlı diktator Putinin faşist hərbi dəstələrinin dinc və günahsız adamlara divan tutması , adamların qətliam etməsi , məhz bununla bağlıdır ! Bütün ekspertlərin rəyi yaxın 2-3 həftə ərzində müharibənin Ukraynanın qələbəsi ilə nəticələnəcəyi yönündədir! Müharibənin ilk günündən indiyədək , Ukraynalıların göstərdiyi misilsiz qəhrəmanlıq təkcə Ukrayna tarixinə yox, həm də dünya tarixinə qızıl hərflərlə yazılacaq!
Kiyevdə sakitlikdir, 3 gün dalbadal Kiyev ətrafında hər iki tərəfdən mövqelərə qarşılıqlı ciddi artileriya və raket zərbələri endirilib. Artıq ikinci gündür ki, Kiyevdə həyəcan siqnallarının azalması, artilleriya və raket atəşlərinin xeyli səngiməsi, işğalçıların əhəmiyyətli hissəsinin ölümcül zərbələrdən məhv edilməsi ilə bağlıdır!
Düşmən şəhərin həm şərq, həm də cənub sahəsində bir addım belə atmağa müvəffəq olmayıb, hələ də işğalçıların şəhəri mühasirəyə almağı onlar üçün xəyal olaraq qalır! Şəhərin müxtəlif yerlərində yaşayış yerlərinin dağılması, atılan raket zərbələrinin HHM sistemləri tərəfindən sıradan çıxarılması, nəticəsində qəlpələr binalara düşüb, bu səbəbdən ölənlər və yaralananlar var!
Kiyevdə, əhali yüksək əzmlə dirənişi davam etdirir! Döyüşlərin intensivliyinin artması, şəhərə gələn əhalinin sayını xeyli artırıb, bunu binalardakı evlərdə yanan işıqlardan görmək olar.
Çerniqovda müxtəlif istiqamətlərdə işğalcılar 50 -90 km geri atıldığından, onlar müqaviməti yarıb, bu istiqamətdə Kiyevə irəliləməyin mümkünsüzlüyünü görüb, Pereluki şəhəri istiqamətində kalonla irəliləməyə başlayıblar, Perelukidə möhkəmlənən düşmənin növbəti hədəfi, Borispol hava limanını tutmaq planı olub. Bundan xəbər tutan
kimi həm Kiyevdən, həm də Mirqoroddan operativ dəstə, düşmən Piroluki istiqamətinə çatmamış həmin kalonu artileriya zərbələri ilə darmadağın edib, bütün texnika, tanklar, BMP, avtomobillər sıradan çıxarılıb, bir nəfər belə əsir götürülməyib, bütün canlı qüvvə məhv edilib.
Düşmənin həm sursat, həm texnika, yanacaq ehtiyatları tükənmək üzrə olduğundan, düşmən Barispol hava limanını tutmaq, yük təyyarələri ilə təchizatı təmin etmək istəsə də, buna nail ola bilmir!
Xarkov vilayəti ilə Luqnsk sərhədində yerləşən Üzüm şəhərində düşmənlə şiddətli döyüşlər gün ərzində davam edib, işğalçılar ciddi itkilər verərək geri oturdulub! Strateji məntəqə olan Üzüm şəhəri, Luqanski inzibati ərazi vahidinin Xorkov vilayəti ilə sərhədində yerləşir !
Nikolayev şəhərinə dünən edilən hücum işğalçılar üçün böyük məğlubiyyətlə nəticələnib, xeyli canlı qüvvə və texnika itirən düşmən yenidən Xorkova geri qayıtmaq məcburiyyətində qalıb!
Odessada srağagün olan artilleriya zərbələri və raket zərbələrindən sonra nisbi sakitlikdir!
Dünən Zaporjye şəhərinə olan hücumun qarşısı, qətiyyətlə alınıb, bütün kalon məhv edilib, onlarla texnika, yüzə yaxın döyüşçü məhv edilib!
Mariopolda insanlıq dramı davam edir. Srağagün dram teatrı bombalanıb, ilkin məlumatlara görə itkilər olsa da, əhalinin böyük əksəriyyəti sağ-salamatdır ! Dünən 800 nəfərə yaxın şəxs Maropoldan Zaporojyeyə evakuasiya olunub !
Maripoldakı Ukrayna Ordusu hər gün işğalçılara ciddi itkilər yaşadırlar , xüsusən “Azov ” batalyonu işğalçıların hər gün yerli sayda canlı qüvvəsin və hərbi texnikasını məhv edir !
İşğalçı ordunun elit təbəqəsində ( xüsusi təyinatlılar , “Vımpel”, “rosqvardiyaçılar” və s.) olan itkilər faşist Putin tərəfindən çox qəzəblə qarşılanır , dünən “Rosqvardiya”nın rəisi general mayor Roman Qavrilov, bu səbəbdən vəzifəsindən azad edilib !
Ümumən, FSB-dən və MN-dən yüksək rütbəli vəzifəlilərin işdən azad edilməsi davam edir !
Zelenskinin müşaviri Arestovic düşmənin hazırda sursatı, hərbi texnikanı gətirmək üçün ,yeganə vasitənin dəmiryolu olduğunu , buna görə dəmir yol relslərini sıradan çıxarmağa çağırıb ! Belarusda bu məsələ çox müsbət qarşılanıb , yəqin “uğurlu ” nəticələr alınacaq ,o cümlədən Krım Xerson dəmir yolunda da eyni “əməliyyat ” aparılacaq !
Dirənişin 23 -günü ! Şərə qarşı dirəniş davam edir ! Şərin çöküşünə az qaldı !
qerbxeber.com