Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

“NATO qoşunlarını Ukrayna ərazisinə yeridə bilər” – Şərh

16 noyabr / 12:27 3 dəq
NATO
16 noyabr / 12:27
Burada sizin reklamınız ola bilər

“BMT-nin Baş katibi Antoniu Quterreş Polşa ərazisində raket partlaması xəbərlərindən çox narahatdır. Ukraynada müharibənin qızışmasının qarşısını almaq mütləq vacibdir”.

Bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik tviterdə qeyd edib.

Məsələni “Qərb Xəbər”ə şərh edən politoloq Qabil Hüseynli bu məsələnin çox ciddi bir hadisə olduğunu bildirib.

qabil (2)

“Düşünürəm ki, bu çox ciddi məsələdir. Rusiya artıq bütün qırmızı xəttləri keçib. Mənə elə gəlir ki, bu məsələdən istifadə edərək NATO qoşunlarını Ukrayna ərazisinə yeridə bilər. NATO qoşunlarının əsas hissəsini də ABŞ ordusu təşkil edir. ABŞ qoşunları artıq sərhəd bölgəsində yerləşdirilib. Nəticədə Rusiya üçün xoş olmayan mənzərə yarana bilər. Rusiya birbaşa NATO ilə döyüşlərə hazır olmaq vəziyyətində qalar. Rusiya belə bir təbliğat kompanyası başladıb ki, guya Polşaya raketi ukraynalılar atıb. Bu heç bir məntiqə sığmayan iddiadır. Polşaya düşən raketin Ukrayna ərazisindən atılması xəbərləri tamamilə dezinformasiyadır. Ukraynadakı raketlərin hamısı Rusiya istiqamətinə cəmlənib”.

Politoloqun fikirinə görə Polşa ordusunun hazır vəziyyətə gətirilməsi və Ukrayna sərhədlərinə yığılması doğru qərardır, belə də olmalıdır.

“Rusiya Ukraynanı əvvəllər də təhdid edirdi. Polşa Qərb və Ukrayna arasənda körpü rolunu oynayır. Ona görə də Rusiya Polşanı hədəfə almışdı. Ruslar elə zənn edir ki, bir neçə raketin həmin əraziyə düşməsi ilə həmin ölkə qorxub Ukraynanı müdafiyə etməkdən əl çəkəcək”.

Qabil Hüseynli əlavə edib ki, “üçüncü dünya müharibəsi başlayıb” məsələsi yanaşmadan aslıdır.

“Bəziləri deyir ki, artıq üçüncü dünya müharibəsi başlayıb. Amma, bu müharibə müxtəlif hərbi siyasi bloklar arsında başlaya bilər. Bunun coğrafiyası daha geniş olmalıdır. Hələki bu müharibə yalnız Ukrayna və Rusiya cəbhəsində gedir. Proseslərə NATO kömək edir. Ona görə də bunun üçüncü dünya müharibəsi olduğunu hesab etmirəm. Sadəcə olaraq beynəlxalq təhlükəsizlik üçün çox böyük təhlükə olan Rusiyanın çökdürülməsi və neytralaşdırılması prosesidir”.

Rahib İsgəndərli

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı