Şəmkir sakinindən odlu silahlar götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı xəbərə görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat keçirilib.
Nəticədə Dəllər Cırdaxan kəndi ərazisində Əliyaqublu kənd sakini A.Abdullayevdən müvafiq sənədləri olmayan “İJ-18E” markalı ov tüfəngi aşkar edilərək götürülüb.