Şəmkir rayonu Zəyəm qəsəbəsində yerləşən Əhməd Cəmil adına 3 mərtəbəli tam orta məktəb hazırda uçub-dağılmaq üzrədir. Bina Sovet dövründə tikilib.
Məktəb rəhbərliyinin dediyinə görə, dəfələrlə Təhsil Nazirliyinə müraciət olunsa da, heç bir nəticəsi olmayıb. 1000 nəfərdən artıq tutumu, 4 ha sahəsi olan bu məktəbdə hazırda 300 şagird təhsil alır.
Qeyd edək ki, bu məktəb Zəyəm qəsəbəsindəki iki məktəbdən biridir. Qəsəbənin əhalisi 12 minə yaxındır.
“Bölgənin Səsi” olaraq biz də əlaqədar qurumları bu məktəbin vəziyyətinə biganə qalmamağa çağırırıq.