Gəncədə qəza olub, ölən var
Gəncədə yol nəqliyyat hadisəsi baş verib.
Qerbxeber.com-un məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub.
Qəza nəticəsində 1985 -ci il təvəllüdlü Jalə Nəbiyeva xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
1988-ci il təvəllüdlü Amil Rüstəmov, Xoşqədəm Rüstəmova və bir neçə azyaşlı uşaq da xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı