Bölgə xəbərləri

Azərbaycan MN: Tovuz, Daşkəsən və Kəlbəcər atəşə tutulub”

23 sentyabr / 10:33 1 dəq
1644565614 134367 opbb0fay0y
23 sentyabr / 10:33
Burada sizin reklamınız ola bilər

“Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub”.

“Qərb Xəbər” bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 22-si saat 23:45-dən sentyabrın 23-ü saat 08:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı, Basarkeçər rayonunun Yuxarı Şorca, Günəşli və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi, Kəlbəcər rayonunun Keşdək və Barmaqbinə, Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Paylaş
Burada sizin reklamınız ola bilər