Rusiya səfiri Ermənistan XİN-ə çağırılıb
Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, 2023-cü il oktyabrın 23-də Rusiyanın “Birinci kanal”ında yayımlanan proqramda Ermənistanın yüksək rütbəli məmurlarına qarşı tamamilə qəbuledilməz bəyanatlar səsləndirilib.
Görüş zamanı səfirə müvafiq etiraz notası verilib.
R.Carçılı
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı