Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Hadisə

Kibercinayətkarlar bunu da etdi – DİN rəsmisindən ən son XƏBƏRDARLIQ

29 avqust / 09:06 2 dəq
7e7aa5a59d82b6ced930832b8197cda7
29 avqust / 09:06
Burada sizin reklamınız ola bilər

Kibercinayətkarlar yeni üsullarla oğurluqlara başlayıb.

Musavat.com xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında məlumat yayıb.

“Yeni oğurluq necə təşkil olunur?
Saxta sosial şəbəkə səhifə və profillərin storilərində forex vasitəsilə yüksək məbləğlərdə — 10 min, 20 min, 40 min, 50 min manat uduş əldə etdiklərinə görə hansısa naməlum şəxslərə təşəkkür mətnləri yazılır.

Guya həmin şəxs ona pul qazanmağa yardım edib. Bunu görən bir başqa vətəndaş dərhal həmin şəxsdən kömək istəyir, ona da qazanmaq üçün fürsət yaradılmasını xahiş edir. Beləliklə, naməlum adam israrlı xahişlərdən sonra ondan şəxsi bank kart məlumatlarını alır, ilkin yatırım üçün kartda bəlli bir vəsaitin olacağı təqdirdə ona kömək edəcəyini vəd edir.

İlkin olaraq xırda məbləğlər köçürüldükdən sonra daha böyük məbləğlər tələb olunur. Xırda məbləğləri könüllü olaraq köçürən vətəndaşımıza bildirilir ki, pul azdır, faiz ödənişləri artıb, sizi oyuna daxil edə bilmirik, əlavə vəsait köçürülməlidir. Vətəndaşımız həmin hesaba pulun köçürülməsi üçün naməlum şəxsə bank kartı məlumatlarını, göndərilən məxfi şifrəni verdikdən sonra kartında olan bütün vəsaiti oğurlanır”.

elsad1674193088.jpg (48 KB)

Elşad Hacıyev

Xidmət rəisi bir daha vətəndaşlara çağırış edib:

“Sosial şəbəkə səhifələrində cəlbedici qazanc təklifləri ilə bağlı paylaşımlara həssas yanaşın, heç bir halda şəxsi məlumatları naməlum şəxslərə verməyin, verməyin, verməyin!

Təhlükə var, SƏN də tələyə düşə bilərsən, Diqqətli ol!”

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı