“Vaqner”in rəhbəri Yevgeni Priqojinin mətbuat xidməti hələlik onunla əlaqə saxlanılmadığını bildirir.
Bu barədə məlumatı “Meduza” və RTVI yayıb.
Onların məlumatına görə, Priqojin sonuncu dəfə iyunun 24-də Rostovdan ayrılarkən görülüb və onun hazırda harada olduğu məlum deyil.
“Vaqner” rəhbərinin mətbuat xidməti bildirir ki, Priqojin “normal əlaqədə olanda” bütün suallara cavab verəcək.
Ukrayna xüsusi xidmət orqanları “Vaqnerlər”in Belarusa köçməsindən şübhələnirlər.