Şəmkirdə bədbəxt hadisə: Elektrik cərəyanı can aldı
Şəmkir sakini bədbəxt hadisə nəticəsində ölüb.
Qerbxeber.com Teleqraf-ın yerli bürosuna istinadən xəbər verir ki, 1966-cı il təvəllüdlü İntiqam Əsgərovu elektrik cərəyanı vurub.
59 yaşlı şəxs aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Əraziyə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma başlanılıb.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı