İqtisadiyyat

Dollarla bağlı proseslər əsasən ABŞ-ın iqtisadi vəziyyəti ilə bağlıdır-Xalid Kərimli

28 may / 11:12 1 dəq
DOLLAR
28 may / 11:12
Burada sizin reklamınız ola bilər

Azərbaycanda ingilis funt-sterlinqi manata nisbətdə bahalaşıb-ucuzlaşır. Eyni tendensiya avro ilə bağlı da müşahidə olunur, lakin ABŞ dolları stabilliyini qoruyur.

Bu vəziyyətin səbəbi nədir? Dolların qəfil bahalaşması ehtimalı varmı?

Qerbxeber.com xəbər verir ki, iqtisadçı Xalid Kərimli Globlinfo.az-a açıqlamasında funt-sterlinq və avronun manata nisbətən bahalaşmasının ABŞ dollarının stabilliyini qoruması ilə bağlı olduğunu bildirib.

“Dollar qalxanda və ya düşəndə manatın məzənnəsi də dəyişir. Yəni, manatın avroya və funt-sterlinqə nisbətdə ucuzlaşmasının səbəbi dolların bu valyutalar qarşısındakı mövqeyidir. Hazırda dolların ucuzlaşma tendensiyası davam edir”, – o deyib.

İqtisadçı bildirib ki, dollarla bağlı proseslər əsasən ABŞ-ın iqtisadi vəziyyəti ilə bağlıdır və Azərbaycanla birbaşa əlaqəsi yoxdur:

“Dolların qəfil bahalaşması gözlənilmir və hazırda belə bir risk yoxdur. Lakin gələcəkdə müxtəlif ssenarilər mümkündür”.

Paylaş
Burada sizin reklamınız ola bilər