Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Laçını tərk etməyə hazırlaşan ermənilər meşəyə od vurub – VİDEO

15 avqust / 16:01 3 dəq
43c9b2fa 9827 366a b3f2 ad7c3e82bbdf
15 avqust / 16:01
Burada sizin reklamınız ola bilər

Bir neçə gündür ki, ermənilərin Azərbaycan ərazilərində vandallığını sübut edən yeni foto və videolar yayılır.

“Qərb Xəbər”

xəbər verir ki, bu dəfə ermənilərin Laçın meşələrinə od vurmalarını əks etdirən görüntülər yayılıb. Onlar bu dəfə də heç bir beynəlxalq hüquqa əhəmiyyət vermədiklərini göstərmiş olurlar. Çünki meşələrin yandırılması birbaşa insanlığa qarşı qəsd, ekoloji terrordur. Görünür, şovinist düşüncəli erməniləri özlərindən başqa kimsə düşündürmür. Tarixən özgə torpaqlarında məskunlaşmış ermənilər üçün, bəlkə də, bundan – terrorizmdən, vandallıqdan daha asan nə isə yoxdur.

Əslində Azərbaycan ərazisində məskunlaşmış ermənilərin analoji hərəkətləri artıq adi hal alıb. Onlar 44 günlük Vətən Müharibəsi ərzində də işğaldan azad olunan ərazilərdə çoxlu sayda əmlaka ziyan vurublar. Bu, ola bilsin, bir növ ermənilərdə psixoloji xəstəliyə çevrilib. Onların olmayan əmlakları, təbii sərvətləri tarixi sahiblərinə qaytarılması ilə barışa bilər və bu cür namərdcəsinə “mübarizə aparırlar”.

Bundan əvvəl  Laçın rayonu, Zabux və digər ərazilərdə qanunsuz məskunlaşan erməni sakinin yaşadığı evə od vurmasına dair görüntülər yayılmışdı. Onlardan biri barbar əməlinə kəndin Azərbaycana geri qaytarılması ilə “izah edib”, evin azərbaycanlılara qalmaması üçün belə etdiyini bildirib.

Xatırladaq ki, ermənilər avqustun 25-nə qədər Laçın şəhərini və ətraf kəndlərini boşaltmalıdırlar. Köç prosesi artıq başlanıb. Bu əsnada ermənilərin yaşadıqları evləri yandırmaları diqqət çəkir. Bu, vandalizmin növbəti nümunəsi olmaqla yanaşı, həm də həmin evlərin ermənilərə məxsus olmadığını göstərir. Qarşı tərəf hər nə qədər tarixi saxtalaşdırmağa çalışsa da, fakt faktlığında qalır. İnsan öz evini, yurd-yuvasını necə yandıra bilər ki? Azərbaycanlılar 30 il əvvəl bu torpaqlardan çıxarkən bir dənə də olsun evə ziyan vurmamışdılar. Çünki ora bizimdir. Ermənilər isə bu əməlləri ilə özlərini ifşa edirlər.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı