Bütün dünya yeni koronavirus epidemiyası haqqında dürüst məlumat gözləyir. Elə isə jurnalistlər öz oxucularının bilgi ehtiyac və gözləntisini ən yaxşı halda necə təmin edə bilər?
Covid-19 haqqında xəbər hazırlamaq, jurnalistlər üçün bir sıra çətinliyi də özüylə gətirir. Jurnalistlər oxucu kütləsinə ən son xəbərləri təqdim etmək vəzifəsini üzərinə götürür ki, bu virusun ətrafında olan qeyri-müəyyənlik içində heç də asan deyil.
Bundan əlavə, son xəbərlərin insanları dəhşətə gətirəcək, yaxud hadisələrin ciddiyətini şübhə altına salacaq üslubda təqdim olunmaması vacibdir. Dezinformasiyanı böyütmək nə qədər problemdirsə, qorxunu böyütmək də bir o qədər böyük problemdir.
“Qərb Xəbər” “First Draft” istinadən Covid-19 haqqında şüurlu xəbər istehsalçısı üçün ip uclarını təqdim edir:
- Qorxu səviyyəsinin yüksəlməsinə səbəb olacaq emosional üslubdan istifadə etməkdən çəkinin;
- Şablon stereotipləri gücləndirəcək, ya da daha çox həyəcan və panikaya səbəb olacaq hazır şəkillərdən istifadə etməməyə çalışın;
- “Fəlakət ssenariləri” uydurmaqdan uzaq durun;
- Oxucuları informasiyanın rəsmi mənbə, qaynaqlarına yönləndirin;
- Yeni bir araşdırma üçün hansı sualları verəcəyinizi deqiqleşdirin;
- Bir neçə mütəxəssislə məsləhətləşin;
- Hər deyilən şeyin xəbər kimi yazılmamalı olduğunu bilin;
- Əgər hansısa dedi-qodu və ya ehtimalı yazacaqsınızsa, başlıq və ya digər hissələrdə gerçəkləri ön plana çıxarın;
- Anlaşılması çətin informasiyanı (statistika, cedvel, termin) daha bəsit və aydın şəkildə izah edin;
- Lağlağı, satirik, aşağılayıcı üslubdan uzaq durun;
- Xitab etdiyiniz kütlənin hansı problemləri araşdırdığını öyrənin və onlara cavab verin.
Emosional üslubdan uzaq durun
“Heç qurtuluş yoxdur”, “Qiyamət”, “Öldürücü”, “Fəlakət” və bu qəbildən olan aşırı duyğu yüklü kəlmələr oxucu sayını çoxalda bilər, ancaq onsuz da artmaqda olan panikanı daha da çoxaldacaqdır. Halbuki səhiyyə işçiləri, epidemiologiya və virusologiya mütəxəssisləri tam olaraq əksini, yəni sakit olmağı məsləhət görür.
Kardif Universitetində “jurnalistikada hiss və həyəcan istifadəsi” üzərində çalışan professor Karl Vahl-Jorgensen belə deyir: “Jurnalistlər həm təhlükənin özünün, həm də insanların duyğularının yönləndirilməsinin məsuliyyətini anlamalı, həddindən artıq qorxu yaratmamalıdır”.
Vahl-Jorgensen ingilis dilində dərc olunan qəzetlərdə, yeni koronavirusun necə xəbər halına salındığını araşdırır.
Şəkil seçimində diqqətli olun
Şəkilləri xüsusi diqqətlə seçin. Şablon stereotipləri gücləndirəcək hazır şəkillərdən uzaq durun. Məsələn, maska taxan asiyalı birinin şəklini istifadə etməzdən əvvəl, bu şəklin xəbərinizlə bağlantısını tapmağa çalışın. Xəbərinizin ana teması asiyalılardır? Yoxsa xəbəriniz, yoluxucu virusun qarşısını almaqda maskaların rolu ilə bağlıdır?
Bu dediklərimiz ehtiyac olmadığı halda panika, təşviş yaradan şəkillər üçün də keçərlidir. Təhlükəli maddələrə qarşı qoruyucu paltar geyinmiş insanların şəkilləri sizcə də oxucularınızı həyəcanlandırmır? Yoxsa hələ də dəxlisiz olsa da boş bir xəstə xərəyi ilə evə girməyi gözləyən təcili-tibbi yardım işçisinin şəklini paylaşmaq fikrindəsiniz?
Virusun təsiri haqqında təşviş artdığı vaxtda şəkillərin təsirini hər zaman nəzərə alın
Təxminlərdən, ya da mütəxəssislərdən israrla “ən qorxunc ssenariləri” proqnozlaşdırmalarını istəməkdən uzaq durun.
Eyni şəkildə mütəxəssisləri və mənbələri təxmini və emosional açıqlama vermək üçün cəsarətləndirmək oxucularınız üçün hər zaman yaxşı olmaya bilər. “Diqqətimizi bildiklerimizə yönəltməliyik” deyə qeyd edir Vahl-Jorgensen. Media, xəbər mənbələri və jurnalistlər “nəyi bilmədikləri” haqda da dürüst olmalıdırlar.
Oxuculara tədbir görə biləcəkləri təkliflər irəli sürün
Minesota Universitetinin jurnalistika fakültəsinin professoru Emili Vraqa qeyri-müəyyənliyin, naməlumluğun bizi narahat etdiyini qeyd edir. Bu da bizi etibarlı və doğru görünən dezinformasiyalara daha çox meyl etməyə vadar edir. Xanım Vraga virusun yayılmasının qarşısını almaq üçün mütəxəssislərin təsdiqlədiyi şəkildə hərəkət edilməsi fikrinin yayılmasının tərəfdarıdır. Xüsusilə də koronavirusla bağlı irəli sürülən konkret addımlar təklifi oxucular üçün olduqca yararlı ola bilər; çünki bu təkliflər insanlara sağlamlıqlarının “etibarlı əllərdə və diqqətdə” olduğu hissini aşılayırmış.
Oxucuları məlumatın rəsmi mənbəsinə yönləndirin
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) kimi peşekar mənbələr toplum üçün ən yaxşı informasiyaya malikdirlər (etibarlı olduqları təsdiqləndikdən sonra). Oxucuların səhiyyə strukturlarına, səhiyyə işçilərinə olan etibar və inamını artırın. Beləliklə, oxucularınız “sonrakı addım”da kimləri izləyə biləcəklərini öyrənəcəklər.
Xəbərinizi dərinləşdirən araşdırmalara qarşı təmkinli və diqqətli olun
Elm sahəsindən yazan jurnalist Roxanne Khamsinin First Drafta açıqladığı kimi, (“Reuters”da yaxın keçmişdə derc olunan bir məqaləsində buna bu məsələyə toxunmuşdu) epidemiya başlanandan bu günə – qeyri-peşəkar və ya “qaralama” yazılarda aşırı artım var. Bu tip yazılar elmi təsdiqini tapmayıb. Bu araşdırmalar hər nə qədər modern araşdırma nöqteyi-nəzərdən faydalı bilgilərə sahib olsa da, bəziləri böyüdülməsi vacib olan saxta iddialar da irəli sürür.
Əgər hansısa rəsmi qurum tərəfindən təsdiqlənməmiş elmi məqalələrdən istifadə etmək istəyirsinizsə, Khamsi yazınızı dərc etdirmədən əvvəl müstəqil, tərəfsiz bir elm adamı ilə məsləhətləşmələr aparmağınızı tövsiyə edir. “Bu araşdırma yoxlamadan uğurla keçdimi? Siz bacarmasanız belə müstəqil və tərəfsiz bir mütəxəssisin yoxlaması sizə kömək edəcək”.
Bir neçə mütəxəssislə məsləhətləşin
“Xəbərinizi bir neçə səlahiyyətli şəxsin açıqlamalarına istinadən hazırlayın” deyir Khamsi. “Ətrafınıza baxın. Fərqli mütəxəssis virusoloqlar “pazlın” fərqli parçalarını tamamlayacaq nöqtələrə diqqət yetirirlər. “Pazlın” tamamını bir bütün halında gördüyünü iddia edənlərə qarşı təmkinli olun”.
Hansısa dedi-qodu və ya ehtimala istinad edəcəksinizsə, onların da mənbələrini nəzərə alın
Məhəllə söhbətlərini andıran hekayətləri, doğruluq payı az olan ehtimalları diqqət mərkəzindən uzaq tutmağa çalışın. Bir dedi-qodu, ya ehtimalın nə dərəcədə etibarlı olduğunu anlamaq üçün aşağıdakı beş suala cavab tapın:
- Ehtimal, ya dedi-qodunun təsir gücü ne qədərdir?
- Mövcud dedi-qodu və ehtimala əsaslanan müzakirələr yalnızca bir sosial, onlayn qrupdamı var?
- Dedi-qodu, ya ehtimalın müzakiresi başqa bir platformada da varmı?
- Hər hansı sosial media fenomeni, ya da cəmiyyət tərəfindən təsdiqlənib qəbul edilmiş hər hansı bir hesab bu ehtimalı paylaşıbmı?
- Aparıcı media orqanları bu dedi-qodu və ehtimala istinaden xəbər hazırlayıbmı?
Əgər bir dedi-qodu və ehtimalın tamamilə səhv olduğuna qərar vermisinizsə, sadəcə həqiqətə fokuslanın.
First Draftın daha əvvəl yayımladığı təlim materiallarında jurnalistlərin başlıqlarda və sosial media mətnlərində “ehtimal üslubundan” istifadə etməyərək doğru olmayan dedi-qoduların, ara söhbətlərinin yayılmasını azalda biləcəklərindən bəhs olunurdu. First Draft bu fikirlərini yenidən gözdən keçirir.
Xəbər departamentləri istifadə etdikləri başlıqları hər platforma üçün fərqli şəkildə “ölçüb-biçə” bilər. Və beləliklə, istifadəçilərin sosial mediada gördükləri başlıqlarla insanların axtarış motorlarında məlumat axtararkən qarşılaşdıqları başlıqlar arasındakı öyrənilə bilər.
“Tvitter” və ya “Feysbuk” kimi alqoritmik bir sistemdə istifadəçilərin təsadüfən rastlaşacağı xəbər balıqlarını müəyyənləşdirərkən onların var olan ehtimal və dedi-qodudan xəbərdar olduğunu düşünün. Buradakı əsas hədəf, ehtimalın böyüməsinin qarşısını almaqdır. Media işçiləri əgər oxucular sadəcə başlıqları oxumaqla kifayətlənirsə, onları səhv məlumatlandırmaq istəməzlər.
Ancaq “Quql”, “Binq” və hətta “Yutub” kimi axtarış motorlarında var olan başlıqlar üçün dəyişilməz bir həqiqət var: İnsanların bir sıra açar kəlmələri axtarışa vermələri bu ehtimalı və dedi-qoduları çoxdan öyrəndikləri deməkdir.
Dolayısı ilə “söhbəti” böyütməməyə çalışmaq, əslində bu nöqteyi-nəzərdən daha kiçik məsələdir. Buradakı hədəf ehtimalı araşdıran oxucuları “dezinformasiya və qorxu tacirlərindən” əvvəl doğru mənbələrə istiqamətləndirməkdir. Dedi-qodularda mövcud olan açar kəlmələri başlıqlarınızda istifadə etmək, sizin mətninizi oxucular üçün daha əlçatan edəcək. Beləliklə, yalan məlumatın “informasiya boşluğuna” düşməyi daha çətin olacaq.
Başlıqlara çox önəm verməlidir; çünki mətn ehtimal və dedi-qodunun niyə yalan olduğu ilə bağlı çox ətraflı melumat versə də, insanların böyük əksəriyyəti başlıqları oxumaqla kifayətlənirlər.
Əgər dedi-qodunun yalan olduğunu sübut etdiyiniz yazıda yeriniz varsa, Corc Lanofun “Truth sandwich” (Dürüstlük sendviçi) üsulundan istifadə edin: “Doğruyla başlayın, yalanı bəlli edin (yalanın içində istifadə olunan eyni kəlmələri təkrar etmədən) və doğru ilə bitirin”.
Qərbi Avstraliya Universitetinin psixologiya fakültəsindən Briany Swire-Thompson və Ullrich Eckerin dediyi kimi, “səhv olduğunu qeyd etmədən yalanla başlamaq, yanlış fikrə olan aşinalığı artırar və yanlış fikrin daha sonralar səhvən də olsa, doğru olaraq xatırlanma riskini yüksəldər.”
Yazdığınız mətnlərin dili olduqca bəsit olsun
Mətnlərinizi bəsit və qısa yazın. Bəhs etdiyiniz nöqtələri önə çıxarmaq üçün qrafiklərdən istifadə edin. Doğru bir xəbərin hər hansı bir ehtimaldan daha çox oxunacağına əmin ola bilərsiniz. Bütün əfsanələri sıraya düzmək məcburiyyətində deyilsiniz. Xüsusilə də “ekranı sürətlə hərəkət etdirərkən” beynimiz hansı məlumatın səhv, ya doğru olduğunu qavramaqda çətinlik çəkir. Həqiqətə fokuslanaraq maraq doğuran sadə yollar seçin və insanların yerinə yetirə biləcəyi konkret təkliflər verin.
Aşağılayıcı və satirik üslubdan istifadə etməyin
Bəzi fikirlər yanlış olsa da, insanların virus qorxusu dəyişilməz bir həqiqətdir. Məsələn, hansısa müalicə üsulu məntiqsiz görünə bilər, amma onu “qəribə”, “axmaqca” deyə dəyərləndirmək oxucuları var olan həqiqətdən “diksindirər” və mövcud səhv “inanc” və məlumatlarında daha inadkar olmalarına gətirib çıxarar. Belə naməlum vəziyyətlərdə, təlaş olduqca təbiidir. Jurnalistlər bu vəziyyətlərdə insanları qınamaq yerinə, onlarla empatiya qura bilərlər.
Xitab etdiyiniz kütlənin Covid-19-la bağlı hansı suallara cavab axtardığını müəyyən edin və bu mövzuda “informasiya boşluğunu” doldurun.
Microsoftdan Michael Golebiewski “informasiya boşluğu” terminini “əlçatan hər hansı mövzuyla əlaqəli melumatın az olduğu, ya da olduqca şübhəli olduğu” vəziyyətlə bağlı suallara suallara cavab axtarmaq üçün istifade etmişdi.
“Son dəqiqə xəbərlərində insanlar cavab tapmaq üçün adlar, etiketlər və bir sıra məlumat “hissəcikləri”ndən istifadə etdikdə daha öncə heç araşdırılmamış yeni sorğu metodları ortaya çıxarır və oxucular informasiya boşluğu ilə qarşılaşırlar”, – deyə qeyd edir Golebiewski.
Xəbər departmentləri oxucuların anlaya biləcəyi Covid-19 sualları və açar kəlmələri üzərində düşünməli, kimin bu suallar ətrafında nələr yazıb-yazmadığını araşdırmalı və informasiya boşluğunu keyfiyyətli xəbərlərlə doldurmalıdır.
Misal olaraq aşağıdakı ekran görüntüsü “Quql”dakı “göndərmələrdən koronavirus yoluxa bilərmi?” sualının axtarış nəticələrini göstərir. Bu sualın cavabını axtaran oxucular ABŞ senatlığının “təcili korona virus xərcləri” haqda yayımladığı məqalələrə rast gələ bilərdi ki, bu da böyük ehtimalla axtardıqları cavab olmayacaqdı.
Ancaq Harvard Universiteti ve “The Washington Post” bu boşluğu doldurmaq üçün ciddi əmək sərf edir. Harvard Universiteti ve “The Washington Post” axtarış motorunun müsbet cəhətlərindən uğurla istifadə edərək içində “koronavirus”, “karqo”, “çin” kimi açar kəlmələr olan açıqlamalar, mətnlər yayımlayırlar. Bu kəlmələr birbaşa “The. Washington Post” başlıqlarında istifadə olunur.
Tərcümə: Cavidan Nabisoy