Dünya

Ukraynalı komandan: “Tavriya istiqamətində Rusiyanın 4 bölüyü məhv edilib”

16 iyun / 17:34 1 dəq
Ukrayna savaşı
16 iyun / 17:34
Burada sizin reklamınız ola bilər

“Ukrayna Silahlı Qüvvələri Tavriya istiqamətində ötən sutka ərzində Rusiya ordusunun 4 bölüyünü, 53 hərbi texnikasını məhv edib”.

“Qərb Xəbər” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə “Tavriya” əməliyyat-strateji qoşunlar qrupunun komandanı Aleksandr Tarnavski məlumat verib.

Onun sözlərinə görə, Ukrayna ilə Rusiya qoşunları arasında bu istiqamətdə ötən sutka ərzində 36 toqquşma baş verib.

O bildirib ki, Rusiya Silahlı Qüvvələrinin 3 sursat anbarı məhv edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər