Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Hadisə

Şahin Şıxlinskinin vəsadəti təmin olunmadı

15 avqust / 21:05 3 dəq
şıxlinski şahin
15 avqust / 21:05
Burada sizin reklamınız ola bilər

Uraldakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski istintaq təcridxanasında saxlanılıb.

Qerbxeber.com Bakupost.az -a istinadən xəbər verir ki, bu barədə Ura.ru-ya hüquq-mühafizə orqanlarına yaxın mənbə məlumat verib.
Məlumata görə, Sverdlovsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin istintaq təcridxanasında qalmasına qərar verilib və vəkilinin apellyasiya şikayəti təmin edilməyib.
Qeyd olunub ki, şikayətə Moskva Şəhər Məhkəməsində baxılıb.
Bundan əvvəl isə Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin Moskvanın Basmannı məhkəməsi tərəfindən qiyabi həbs edildiyi bildirilmişdi. Bu, onun axtarışa verilməsindən sonra baş verib.
Şıxlinski bir müddət Azərbaycanın Moskvadakı səfirliyinin ərazisində olub, oraya Rusiya təhlükəsizlik qüvvələrinin girişi qadağandır. Lakin sonra o, ərazidən çıxaraq, hakimiyyət orqanlarına təslim olub və Yekaterinburqa aparılıb, orada istintaq hərəkətlərində iştirak edib və istintaq təcridxanasına yerləşdirilib.
İlkin məlumata görə, Ural diasporunun rəhbəri Fehruz Şirinovun öldürülməsinə cəhddə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsi, 105-ci maddəsi), habelə dövlət məmuruna qarşı zorakılıqda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsi) iştirakda ittiham olunur.
Şahin Şıxlinskinin vəkili E1.ru-ya bildirib ki, müvəkkili özünün təqsirsizliyində israr edir və onun həbsi ilə bağlı qərardan apellyasiya şikayəti vermək niyyətindədir. Basmannı məhkəməsi redaksiyadan gələn zəngə və yazılı müraciətə operativ şəkildə cavab verə bilməyib.
Fehruz Şirinova qarşı sui-qəsd cəhdi 2010-cu ildə, Yunus Paşayevin qətlindən bir neçə il sonra baş verib. Amma Fehruzun bəxti gətirib – qatilin tapançası açılmayıb. İstintaqın versiyasına görə, hadisəni törədən digər azərbaycanlı Elman Süleymanov olub (o, təbii səbəblərdən ölüb). Onun ölümündən əvvəl hücumu sifariş edən şəxsin adını çəkdiyi iddia edilir.
Bundan əvvəl Yekaterinburqda Şahin Şıxlinskinin oğlu Mütvəli həbs edilib. O, iki ay həbsdə qalacaq. M.Şıxlinski iyulun 15-də hökumət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmək ittihamı ilə saxlanılıb.
Buna səbəb isə iyulun 1-də “Baku Plaza” yaxınlığında baş vermiş vəziyyət olub. O zaman təhlükəsizlik qüvvələri oğlu ilə birlikdə avtomobillə hərəkət edən diaspor rəhbəri Şahin Şıxlinskinin saxlanılması üçün xüsusi əməliyyat keçirib. “Mercedes Gelandewagen” markalı avtomobilin şüşələri sındırılmağa başlayanda Mütvəli avtomobili geriyə hərəkət etdirən zaman xüsusi təyinatlı hərbçini vurub.
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı