Bölgə xəbərləri

Şəmkirdə ev yanıb

29 iyul / 11:40 1 dəq
Ev yanğın
29 iyul / 11:40
Burada sizin reklamınız ola bilər

Şəmkirdə yanğın baş verib.

“Qərb Xəbər” məlumat verir ki, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 1977-ci il təvəllüdlü Anar Allahverdiyevə 300 kvadratmetr fərdi yaşayış evi anidən yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və yanğınsöndürən avtomobiləri cəlb olunub.

Yanğın zamanı 4 otaqlı evin 2 otağı əşyaları ilə birlikdə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub və yanğın söndürülüb.

Hadisəni  baş vermə səbəbləri araşdırılır.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı