Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Təhsil eksperti: “Elm adamlarının əmək haqqlarında artım olacaq”

29 iyul / 12:44 2 dəq
Azedu.az nazirlik
29 iyul / 12:44
Burada sizin reklamınız ola bilər

Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi müəssisə və təşkilatların siyahısı təsdiqlənib.

“Qərb Xəbər” xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) büdcədən maliyyələşdirilən elmi müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.

Məsələ ilə bağlı “Qərb Xəbər”ə danışan təhsil üzrə ekspert Elçin Əfəndi bildirdi ki, bundan sonra elm və təhsilin inkişaf edəcəyini düşünürəm:

“Dünənki fərmana əsasən Elm və Təhsil Nazirliyi yaradıldı. AMEA-nın tərkibində olan müəyyən institutlar həmin nazirliyin tərkibinə keçirildi. Təəssüf ki, Elm sahəsində ciddi nailiyyətlərə nail ola bilməmişdik. Bundan sonra elm və təhsilin inkişafı gözlənilir. İndiyə qədər elmdə aparılan ümumi təcrübələr təhsilə tətbiq olunurdu. Biz bunun effektini müşahidə edə bilmirdik. Amma, indi ikisinin mütəşəkkil bir yerdə olması Azərbaycan elminə, təhsilinə müsbət qatqılar qatacağını düşünürəm”.

Təhsil eksperti əlavə edib ki, elm adamlarının, alim və professorların əmək haqqlarının artacağı gözlənilir:

“Həmişə dövlət büdcəsindən pul ayrılanda elm üzrə daha az pul ayrılırdi. Təhsilə isə daha çox məbləğ ayrılırdı. Bundan sonra attestasiya imtahanı aparılacağı gözlənilir. Bu imtahandan sonra davam edəcək elm adamlarının əmək haqqlarında artım olacaq”.

RAhib İsgəndərli

Qərb Xəbər

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı