Dünən Qazax rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Qərb Xəbər”in məlumatına görə, hadisə Qazax şəhərində yerləşən mərkəzi bazarın yaxınlığında qeydə alınıb. Avtomobildən düşən 1994-cü il təvəllüdlü Ruslan Alırzayev bir neçə nəfərin hücumuna məruz qalıb. Bu zaman gəncə bir neçə bıçaq xəsarəti alıb.
R.Alırzayev xəstəxanaya yerləşdirilib, onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.