Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
İqtisadiyyat

Səyyar baytarlıq xidməti təşkil edilib

23 may / 18:18 3 dəq
B6fe3b6e c242 4ff2 95ae 57b7a4a05c34
23 may / 18:18
Burada sizin reklamınız ola bilər

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) Siyəzən rayonunda heyvanların yaylaqlara aparılması ilə əlaqədar heyvan düşərgələrində “səyyar baytarlıq xidməti” təşkil edib. 

Bu barədə DBX-dənbildirilib.

“Səyyar baytarlıq xidməti” göstərmək üçün ilkin olaraq çadır qurulub. Respublikamızda ilk dəfə yaylaq yolu üzərində qurulan “səyyar baytarlıq xidməti”nin çadırı lazımı baytarlıq preparatları, vaksinlər, müalicəvi dərman və dezinfeksiya vasitələri ilə təmin olunub.

Siyəzən rayonunun Sədan bələdiyyəsinin ərazisində yerləşən heyvan düşərgəsində təşkil olunan “səyyar baytarlıq xidməti”nə Dövlət Baytarlıq Xidmətinin və Siyəzən Baytarlıq İdarəsinin baytar həkimləri cəlb olunub. Həkimlər düşərgədə olan heyvan sürülərinin sağlamlıq durumları ilə maraqlanıb və heyvanları yerindəcə baytarlıq baxışından keçiriblər. Tədbir keçirilən gündə Hacıqabul rayonunda yerləşən qışlaqlardan Quba rayonundakı yaylaqlara qalxan 3 qoyun sürüsü baytarlıq baxışından keçirilib. Heyvan sürülərinin sağlamlıq durumunun normal olması müəyyən edilib. Eləcə də burada heyvan sahibləri arasında maariflənmə və təlim işləri də aparılıb. Dövlət vəsaiti hesabına alınan baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” sözləri yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması barədə ətraflı söhbətlər aparılıb. Həmçinin keçirilən görüş və təlimlər çərçivəsində həm iti yoluxucu, həm də yoluxmayan xəstəliklər barədə təsərrüfat sahibləri məlumatlandırılıb, onlara xəstəliklər barədə bukletlər və bildirişlər təqdim edilməklə təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması, sürünün vəhşi heyvaların hücumundan qorunması ilə əlaqədar tövsiyələr verilib. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri üstü parazitlərə qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) barədə ətraflı məlumatlar verilib. Eləcə də heyvan sahiblərinə və çobanlara tövsiyə edilib ki, baytar həkimlərlə daim əlaqəli fəaliyyət göstərsinlər, təsərrüfatlarda heç bir problem yaranmasın.

“Səyyar baytarlıq xidməti”nin baxışından keçəndən sonra heyvan sürülərı yaylaqlara yola salınıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı