Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Azərbaycanın rayonlarında iyulun 3-də hava yağmursuz keçəcək, qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti təşkil edəcək.