Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Zelenski: Müharibənin yekununda sülh müqaviləsi imzalanmaya da bilər

20 sentyabr / 15:59 2 dəq
Zelenski unufirmda
20 sentyabr / 15:59
Burada sizin reklamınız ola bilər

Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin sonunda final sülh sazişinin olmayacağını istisna etməyib.

Qerbxeber.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti jurnalistlərlə görüşündə bəyan edib.

O bildirib ki, təhlükəsizlik zəmanətləri müharibə hələ davam edərkən də təqdim oluna bilər və bu, rəsmi sülh müqaviləsinin imzalanması ilə bağlı deyil.

Ukrayna lideri “Koreya ssenarisi” və ya buna bənzər digər variantların nəzərdən keçirilmədiyini vurğulasa da, müharibənin hüquqi cəhətdən yekunlaşması olmadan da müəyyən razılaşmalar və təminatların mümkün ola biləcəyini qeyd edib.

Prezident Kupyansk bölgəsində şiddətli döyüşlər getdiyini, şəhər daxilində Müdafiə Qüvvələri təmizləmə əməliyyatları apadığını bildirib. Donetsk vilayətində, xüsusilə Dobropillya və Pokrovsk ətrafında Ukrayna qüvvələrinin Rusiya hərbçilərini mühasirəyə aldığını qeyd edən Zelenski Sumı istiqamətində irəliləyişlər olduğunu deyib.

Zelenski, eyni zamanda Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın neft emalı zavodlarını və ələ keçirilmiş ərazilərdəki hərbi anbarları dronlarla vurduğunu və bu hücumların rusların logistikasında və hava limanlarının fəaliyyətində ciddi pozuntulara səbəb olduğunu bildirib.

Ukraynanın qərb vilayətlərində dronların vurulması məsələsinə gəlincə isə Zelenski Polşa və Rumıniya ilə koordinasiya imkanlarının müzakirə olunduğunu vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı