Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

İtkin düşən hərbçilərin valideynləri aksiya keçirib

8 aprel / 16:59 2 dəq
1617884745
8 aprel / 16:59
Burada sizin reklamınız ola bilər

Bu gün, aprelin 8-də II Qarabağ Müharibəsi zamanı itkin düşmüş bir qrup hərbçinin valideynləri Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçiriblər. 

Valideynlər övladlarının axtarışının təşkil edilmədiyini, hökumət rəhbərləri tərəfindən qəbul edilmədiklərini, şikayətlərinə baxılmadığını bildiriblər.  

“Turan”ın xəbərinə görə, etiraz edənlər Azərbaycan prezidenti İlham Əliyevdən, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğandan və Rusiya prezidenti Vladimir Putindən övladlarının taleyinin müəyyən edilməsində köməklik göstərmələrini xahiş ediblər.

Valideynlərin qarşısına baş prokuror Kamran Əliyev çıxıb və onları qəbul edib.

“Mən sizi nə işlər görüləcəyi ilə bağlı məlumatlandıracağam. Bəzi nəticələr də var. Ölkə prezidentinin tapşırığı ilə bu məsələylə bütün əlaqədar dövlət qurumları məşğuldur, işləyirlər”,  – deyə o qeyd edib.

Valideynlər övladlarının Ermənistan tərəfdə əsirlikdə olduğunu güman edirlər.

Müdafiə Nazirliyinin məlumatına görə, İkinci Qarabağ müharibəsində 64 nəfər itkin düşüb. Onlardan bir neçəsinin nəşi son aylarda tapılaraq ailələrinə təhvil verilib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı