Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Maraqlı

Putin: Ukraynada hər hansı ölkənin qoşunu olarsa, bu Rusiyanın qanuni hədəfinə çevriləcək

5 sentyabr / 11:40 2 dəq
Raket ve putin
5 sentyabr / 11:40
Burada sizin reklamınız ola bilər

“Ukrayna Rusiya Federasiyası ilə təmaslar tələb edir, mən bu təmaslara hazıram, amma mən bunun mənasını görmürəm, razılığa gəlmək mümkün olmayacaq”.

Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bunu Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda çıxış edən Rusiya prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, Ukraynada hər hansı xarici qoşun peyda olarsa, onlar Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəf olacaq, əgər uzunmüddətli sülh razılaşmaları əldə olunarsa, onlara (xarici qoşunlara-red) ehtiyac qalmayacaq.

Hələlik heç kim Rusiya ilə təhlükəsizlik zəmanətlərini ciddi səviyyədə müzakirə etməyib. Onlar həm Rusiya Federasiyası, həm də Ukrayna üçün mövcud olmalıdır.

Rusiya Ukrayna ilə bağlı sülh razılaşmalarına onlar əldə edildikdə tam riayət edəcək. Əgər Ukrayna tərəfdən kimsə həqiqətən də görüşmək istəyirsə, biz hazırıq, bunun üçün ən yaxşı yer qəhrəman şəhər Moskvadır”, – Putin vurğulayıb.

Putin qeyd edib ki, Kiyev bu yaxınlara Rusiya ilə təmasların mümkünlüyünü istisna edib, indi isə belə təmasların olmasını xahiş edir.

Onun sözlərinə görə, Ukraynanın NATO-da iştirakı birbaşa Rusiyanın təhlükəsizlik sahəsində maraqlarına aiddir:

” Ukrayna konstitusiyasına görə, ərazilərlə bağlı razılaşmalar referendumla təsdiqlənməlidir, lakin bunun üçün hərbi vəziyyət ləğv edilməlidir. Rusiya heç vaxt Ukraynanın Avropa istiqamətində inteqrasiya təşəbbüslərinə etiraz etməyib.

Yanukoviç Ukraynanın Aİ-yə üzvlüyündən imtina etməyib, lakin məqbul şərtlərlə buna nail olmaq istəyib. O, Ukraynanın Aİ-yə daxil olmasının iqtisadi nəticələrini biləndə göz yaşları töküb”.

Putin Ukraynanın Aİ-yə daxil olmaq istəyini qanuni seçim adlandırıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı