Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Xəbər

İsrailin BMT-dəki nümayəndəsi: “HƏMAS yaraqlısının vəhşiliyini təsvir etmək üçün sözlər yetərli deyil”

26 oktyabr / 23:11 3 dəq
E97afa99 b9df 346a ae54 397529037cc5
26 oktyabr / 23:11
Burada sizin reklamınız ola bilər

“HƏMAS yaraqlısının vəhşiliyini təsvir etmək üçün sözlər yetərli deyil”.

Qərb Xəbər” “Report”un ABŞ bürosuna istinadən xəbər verir ki, bu barədə İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan BMT Baş Assambleyasının Fələstin-İsrail üzrə fövqəladə xüsusi sessiyasında çıxışı zamanı deyib.

Səfir çıxışında günahsız İsrail vətəndaşlarının HƏMAS tərəfindən vəhşicəsinə öldürülməsindən və terror hücumu zamanı yaralılara kömək etməyə çalışan israilli təcili yardım qruplarının qəsdən hədəfə alınmasından danışıb:

“HƏMAS yaraqlısının vəhşiliyini təsvir etmək üçün sözlər yetərli deyil. Uşaqlar valideynlərinin gözləri önündə öldürüldülər. Hazırda biri doqquzaylıq olmaqla 30 israilli uşaq HƏMAS tərəfindən girov saxlanılır, onların taleyi bəlli deyil. Təcili yardım maşınları, xəstəxanalar yandırıldı. Əlimdəki fotolara baxın; heç bir qorxu filmində belə bu görüntülər yoxdur. Vəhşi HƏMAS üzvləri günahsız insanlara qarşı soyqırımı etdilər və bu, insanlığa qarşı cinayətdir”.

G.Erdan bildirib ki, İsrailin məqsədi HƏMAS-ın imkanlarını tamamilə aradan qaldırmaqdır və bunu gerçəkləşdirmək üçün səfərbər olacaq:

“Bu, fələstinlilərlə müharibə deyil. İsrail soyqırımçı cihadçı HƏMAS terror təşkilatı ilə müharibədədir. Onlar sülh və dialoqa əhəmiyyət vermirlər. HƏMAS-ın yalnız bir məqsədi var – İsraili məhv etmək və yer üzündəki hər bir yəhudini öldürmək. Onların orijinal nizamnaməsi bunu çox aydın göstərir”.

Səfir BMT üzv dövlətlərin nümayəndələrinə səslənərək münaqişənin həllinə cavabdeh olan beynəlxalq təşkilatlar, xüsusən də BMT fəaliyyətsizliyini diqqətə çatdırıb:

“Təəssüf ki, bu fövqəladə sessiyanın sülhlə heç bir əlaqəsi yoxdur. Niyə BMT Baş Assambleyasının bu sessiyası HƏMAS-ın sonlanması üçün fokuslanmır?”.

Mələk.M
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı