Sosial

Aşağı Quşçudakı “transformator çığırtı”sı “AzərEnerji”dən eşidilmir – Video

18 fevral / 15:16 2 dəq
IMG 20220217 WA0053
18 fevral / 15:16
Burada sizin reklamınız ola bilər

Tovuz rayonunun Aşağı Quşçu kənd sakinləri yaşadıqları yerdə quraşdırılmış elektrik transfarmatorunun baş gicəlləndirici səsindən narahatdırlar.

Video və fotolar çəkərək “Qərb Xəbər”ə müraciət edən kəndlilər bildirirlər ki, trasnfarmatorun səs-küyündən axşamlar normal yata, gündüz saatlarında isə yaşayışlarını sürdürə bilmirlər.

Digər tərəfdən, həyat üçün də ciddi təhlükə yaradır.

Onlar deyirlər ki, qeyd edilən elektrik transfarmatoru (№ 5030191) “AzərEnerji ASC”nin Tovuz Elektrik Şəbəkəsi üzrə şöbəsinə aiddir.

Sakinlərin sözlərinə görə, transarfamtorun səs dalğaları çevrəsindəki 500 metrlik radiusadək  yayılır və yerli sakinləri qorxudur.

Məlumata görə köhnəlmiş elekrtrik aparatı Tovuz rayonu, Aşağı Quşçu kəndində, yəni keçmiş Vaqif Küçəsi ərazisində yerləşir.

Vətəndaşlar bildirirlər ki, nasaz işləyən transfarmator 50-60 evi elektriklə təmin edir.

Məsələ ilə bağlı ətraflı aşağıdakı videoda məlumat ala bilərsiniz:

IMG-20220217-WA0051

IMG-20220217-WA0055

 

IMG-20220217-WA0051

IMG-20220217-WA0050

IMG-20220217-WA0049

 

Arzu Sayadoğlu

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər