Hadisə

İranlı sürücü Bakıda qəza törətdi – 3 nəfər öldü

16 mart / 11:50 1 dəq
Car crash qəza
16 mart / 11:50
Burada sizin reklamınız ola bilər

Bakıda İran vətəndaşının törətdiyi yol qəzası nəticəsində 3 nəfər ölüb.

“Qərb Xəbər” məlumat verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən verilən açıqlamaya görə, hadisə ötən gün saat 19:00 radələrində Bakı-Qazax-Gürcüstan yolunun Qaradağ rayonu Sahil qəsəbəsindən keçən ərazidə baş verib. Yolun 28.5 km-də “Hovo” markalı yük avtomobilin qarşıda eyni istiqamətdə yolun sağ tərəfi ilə hərəkət edən “QAZ” markalı mikavtobusla toqquşub. Nəticədə “QAZ” avtomobilində olan 3 sərnişin hadisə yerində ölüb, sürücü isə xəsarət alıb.

Yük maşınının sürücüsünün İran vətəndaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı