Nikol Paşinyan Moskvaya Kişinyovda iyunun 1-də Azərbaycan lideri ilə planlaşdırılan görüşə hazırlaşmaq üçün gedir.
Bu barədə məlumatı “Past” qəzeti yayıb.
“Mənbəmiz deyir ki, Moskvadakı görüş Kişinyovda mümkün razılığın əldə olunması üçün keçirilir. Yəni gözlənilən sənəd müəyyən aspektlərdə Rusiya tərəfi üçün qəbul edilən olmalıdır. Xüsusilə mümkün risklərdən qaçmaq üçün Paşinyan Rusiyaya Vaşinqtonda müzakirə edilən hər şeyi təqdim etmək niyyətindədir. Bununla bərabər Moskvada əsas müzakirə mövzusu ilk növbədə Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi ilə bağlı olacaq” – deyə qəzetin məqaləsində bildirilib.
Qeyd edək ki, Paşinyan bundan öncə Rusiyanı gələn həftə ziyarət edəcəyini açıqlamışdı.