Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Ukrayna Rusiyanı transsərhəd hücumu ilə heyrətə saldı

13 avqust / 17:59 4 dəq
Ukrainian troops liberate villages
13 avqust / 17:59
Burada sizin reklamınız ola bilər

Ukraynanın Rusiya ərazilərinə daxil olmaqla bağlı cəsarətli planı Moskvanı dəhşətə saldı. Ukrayna əsgərləri Kursk vilayətinin dərinliklərində ələ keçirilən yaşayış məntəqələrindən kadrları dərc edərək inamla irəliləyirlər.

Bu barədə “Tayms” nəşrinin hazırladığı materialda qeyd olunub.

“Ukraynalılar getdikcə daha çox yaşayış məskəni ələ keçirirlər. Kiyev generalları onların cəsarətli planının baş tutduğuna getdikcə daha çox əmin olurlar. Ukrayna Rusiyanı transsərhəd hücumu ilə heyrətə saldı. Gülümsəyən əsgərlərin videolarına baxsaq, onların əyləndiklərini görərik. Lakin əməliyyatın başlanmasından bir həftədən çox vaxt keçməsinə baxmayaraq, Ukraynanın son ambisiyalarının nə olduğu bəlli deyil”, – materialıda bildirilib.

Nəşr yazıb ki, Ukrayna Prezidenti Vladimir Zelenski nailiyyətlərini möhkəmləndirmək və ələ keçirdikləri Rusiya torpaqlarının bir hissəsini saxlamaq qərarına gələ bilər:

“Ya da geri çəkilib, başqa əraziyə hücumu seçə bilər. Niyə görə Ukrayna Rusiyaya hücum etməyə qərar verdi və Zelenski nəyə nail olmağa çalışır?”

“Tayms” bu il Ukraynanın dəhşətli dərəcədə əziyyət çəkdiyini, hətta ötən ay Kiyevdəki “Oxmatdet” uşaq onkoloji xəstəxanasının da vurulduğunu yazıb:

“Şəhərlərdə elektrik enerjisinin kəsilməsi müntəzəm xarakter alıb və apreldə Kiyevin ən böyük elektrik stansiyasının dağıdılması qarşıda soyuq və qaranlıq qışın olmasını göstərir. Donbasda cəbhə xəttində ukraynalı əsgərlər Rusiyanın atəş gücünə təslim olur, Xarkov isə bombalı hücumlara öyrəşib. Ancaq aylarla uğursuzluqdan sonra Rusiyanın kiçik irəliləyişləri ukraynalılara mənəvi təkan verdi. İki il yarım davam edən amansız müharibədən sonra ukraynalı əsgərlərin Rusiya sərhədini keçməsi ilə bağlı videogörüntülər əhval-ruhiyyəni artırıb”.

Britaniyanın Kral Birləşmiş Xidmətlər İnstitutunun hərbi elmlər üzrə direktoru Metyu Sevill bu hücumla Zelenskinin xalqlına və tərəfdaşlarına mesaj da göndərdiyini deyib:

“Almaniyanın uzaqmənzilli “Taurus” raketləri ilə bağlı müraciətləri rədd etməsi və ABŞ-ın seçkilərin başlanmasına az qalması ilə Ukraynaya yardımın gələcəyi qaranlıq olaraq qalır. Bu, Avropaya və ABŞ-a işarədir: “Biz qalibik, bizi dəstəkləyin. Daha çox silahımız olsaydı, daha çox belə hücumlar edə bilərdik”

Kursk vilayətində raket təhlükəsi elan edilib. Bu barədə vilayətin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov özünün Teleqram kanalında məlumat yayıb.

“Kursk bölgəsi. Raket təhlükəsi. Evdəsinizsə, möhkəm divarları olan pəncərəsiz otaqlara sığınmaq lazımdır: dəhlizdə, vanna otağında, küçədəsinizsə, ən yaxın binaya və ya uyğun sığınacağa gedin”, – o bildirib.

Qeyd edək ki, Ukrayna ordusu 6 avqustda Kursk vilayətinə hücum edib və min kv.km ərazini nəzarətə götürüb.

Mənbə:Musavat.com

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı